20 Avqust 2021
16:12
23829

“Uşaqlar da “Delta” ştammına yoluxa bilir" - Tanınmış həkimdən VACİB AÇIQLAMA

"Uşaqlar da "Delta” ştammına yoluxa bilir. Amma "uşaqlar yüngül keçirir" deyib özümüzü aldatmayaq”.
 
İslahat.az bildirir ki, bunu tanınmış həkim Vaqif Qarayev deyib. O, həkimə vaxtında müraciət etmək lazım olduğunu bildirib:

"”Kondisionerdən oldu", "soyuq su içdim" və s. deyib özümüzü aldatmayaq. Cüzi bir narahatlıq olan kimi test vermək lazımdır ki, xəstəxanaya ağırlaşandan sonra müraciət olunmasın.  "Vaksin də olunur, yoluxma niyə artır", deyib yenə özümüzü aldatmayaq. İki doza vaksin alanların sayı çox azdır”.

Mütəxəssis qeyd edib ki, vaksindən sonra yoluxma mümkündür, amma həmin şəxslər xəstəliyi yüngül keçirirlər:

"Vaksini inzibati qadağalara görə yox, xəstəlikdən qorunmaq üçün vurdurmalıyıq. Qara-qura, saxta işlərlə məşğul olmayaq. Peyvəndi olmayanlar toylara, yas məclislərinə getməsin! Kifayət qədər bu məclislərdə yoluxmalar var”.
İslahat.az