03 Noyabr 2021
12:08
21906

Uşaqlar arasında yayılan yeni qrip: Öskürək, qusma, halsızlıq

Bu gün uşaqlar arasında öskürək, qusma, halsızlıq, ishal kimi əlamətlərlə müşahidə edilən xəstəlik yayılmaqdadır. Lakin çox uşaqlarda bu əlamətlər müşahidə edilsə də, hərarətin yüksəlməsinə səbəb olmur.

İslahat.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Erkin Rəhimov bildirib ki, hazırda uşaqlarda müşahidə edilən xəstəliyin konkret hansı virusdan qaynaqlandığını demək çətindir, ancaq bunlar əsasən üst tənəffüs yolları infeksiyasına aiddir:

"Misal üçün rhinoviruslar çox yüksək qızdırma vermirlər, daha çox burun axıntısı, öskürək kimi üst tənəffüs yolu infeksiyaları yaradırlar. Parainfluenza adlanan qripə bənzər virus da bu cür şikayətlərə səbəb ola bilər. Yəni müayinə aparmadan hansı virusun olmasını dəqiq demək mümkün olmur. Lakin qış fəslinə keçdikcə, havalar soyuduqca üst tənəffüs yolu infeksiyaları çoxalır və onların bir çoxunda əlamətlər eyni olur. Bəziləri qızdırma ilə müşayiət olunur, bəzilərində isə temperatur çox da yüksəlmir”.

İslahat.az