09 Fevral 2022
16:40
21869

Uşaqlar arasında “Omicron”un yayılması ilə bağlı AÇIQLAMA

"Azərbaycanda 12 yaşdan yuxarı uşaqlara vaksin vurulmasına icazə verilib. Lakin vaksin olunanlar heç həmin yaşda uşaqların 1 faizi də deyil. Məktəblər açılandan sonra qorunmayan şəxslər, o cümlədən uşaqlar arasında koronavirusun "Omicron” ştamının yayılması müşahidə edilir”.

İslahat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, yaşlı nəsil, xroniki xəstəlikləri olanlar risk qrupuna daxildirlər. Azərbaycanda onların böyük əksəriyyəti bu virusa qarşı peyvənd olunub. Buna görə də onların arasında virusa qarşı həssaslıq aşağı düşüb: "Virusun orqanizmə daxil olmaq yolu "Omicron” ştamında dəyişib. Artıq uşaqlar da bu virusla xəstələnirlər. Onlar həm də həssas qruplardır. Bu qrupda təsadüfi deyil ki, mutasiya olunan ştam yayılıb. Lakin bu xəstəlik hansı ştam olursa-olsun, azyaşlı uşaqlarda yüngül keçir. Böyüklər arasında isə daha ağır keçirmə hallarına rast gəlinir”.

İslahat.az