14 Oktyabr 2019
13:29
1121

UNEC-də "GələcəkSƏN" proqramı çərçivəsində növbəti təlim keçirilib

12 oktyabr 2019-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rəşad Bayramovun müəllifi olduğu "GələcəkSƏN” proqramı çərçivəsində "Sosial Media Marketinq" mövzusunda növbəti təlim həyata keçirilib. 

Təlim zamanı Rəşad Bayramov "Sosial Media Marketinqin üstünlükləri", "Sosial Mediadan effektiv istifadə", "Sosial Mediada aktivliyin artırılması", "Sosial Mediada Trend və RTM anlayışı" və digər mövzularla bağlı fikirlərini tələbələrlə bölüşüb, mövzu haqqında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar Rəşad Bayramov tərəfindən cavablandırılıb. 
Sonda tələbələrlə birgə xatirə fotosu çəkilib. 

İslahat.az xəbər verir ki, Rəşad Bayramovun müəllifi olduğu "GələcəkSƏN” təlim və inkişaf proqramı fərdi və ya qrup formatında müxtəlif inkişaf fəaliyyətləri təqdim edən və xidmətlər göstərən proqramdır.

"GələcəkSƏN” proqramı karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təlimləri, layihələrin idarəolunması, ictimai fəaliyyət, sosial iş və digər xidmətləri təqdim edir.

"GələcəkSƏN” proqramı üçün əlaqə:
WhatsApp: (+994 70) 772 66 96
 
İslahat.az