27 May 2020
10:34
343

Ukraynada koronavirusdan sağalanların sayı 8 minə çatır

Ukraynada daha 321 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 21 905-ə çatıb.

İslahat.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 14 nəfər artaraq 658-yə yüksəlib.

Bildirilir ki, indiyədək Ukraynada 7 995 xəstə koronavirusdan sağalıb.
 
İslahat.az