22 May 2020
10:26
394

Ukraynada koronavirusa yoluxanların sayı 20 mini ötdü

Ukraynada daha 442 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 20 148-a çatıb.

İslahat.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 9 nəfər artaraq 588-ə yüksəlib.

İndiyədək Ukraynada 6 585 nəfər koronavirusdan sağalıb.
 
İslahat.az