23 May 2020
10:37
311

Ukraynada daha 432 nəfər koronavirusa yoluxdu

Ukraynada daha 432 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 20 580-a çatıb.

İslahat.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 12 nəfər artaraq 605-ə yüksəlib.

İndiyədək Ukraynada 6 929 nəfər koronavirusdan sağalıb.
 
İslahat.az