20 May 2020
10:45
353

Ukraynada daha 16 nəfər pandemiyanın qurbanı oldu

Ukraynada daha 354 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 19 230-a çatıb.

İslahat.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 16 nəfər artaraq 564-ə yüksəlib.

İndiyədək Ukraynada 5 955 nəfər koronavirusdan sağalıb.
 
İslahat.az