07 Fevral 2019
15:56
1690

UEFA-da prezidenti seçkisi oldu

Bu gün İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü Konqresi keçiriləcək. 

İslahat.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov və onun müavini Sərxan Hacıyev Konqresdə iştirak edəcək.

Qeyd edək ki, Konqresdə UEFA-nın prezidenti postuna və bu qurumun İcraiyyə Komitəsinin üzvlüyünə seçki keçiriləcək. UEFA-nın hazırkı rəhbəri Aleksander Çeferin prezident postuna yeganə namizəddir. Onun namizədliyini AFFA da daxil olmaqla, 55 milli futbol assosiasiyası dəstəklədiyindən seçki formal xarakter daşıyacaq.

Onu da bildirək ki, UEFA-nın yeddinci prezidenti olan hüquqşünas Aleksander Çeferin 2016-cı ildən bu qurumun rəhbəridir. Bu seçki onun 2023-cü ilədək prezident postunda qalmasını rəsmiləşdirəcək.
 
İslahat.az