05 Mart 2020
11:39
604

“Twitter"ə yeni özəllik gəlir

Məşhur "hekayə” özəlliyi artıq "Twitter”də də olacaq.

İslahat.az xarici mediaya istinadən xəbər verir ki, "Twitter” bu özəlliyi ilk olaraq Braziliyada istifadəyə verib. Məlumata görə, yeni özəllik "fleets” (flits) adlanacaq. Flitslər bəyənmə, rəy və ya retvit ala bilməyəcək. Ancaq birbaşa mesaj yolu ilə cavab verilə biləcək.

Qeyd edək ki, hələlik yalnız Braziliyada istifadəyə verilən bu özəllik, istifadəçilər tərəfindən sevilməyib.

İslahat.az