12 Avqust 2020
13:09
643

Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlir

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər bu gün Azərbaycana səfərə gəlir.

İslahat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.
 
İslahat.az