14 Yanvar 2020
11:12
769

Türkiyənin iki hərbçisi şəhid oldu

Türkiyə Silahlı Qüvvələrinin iki döyüşçüsü İraqın şimalında atışma zamanı həlak olub.

İslahat.az "Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Hadisə yanvarın 13-də Haftanin bölgəsində baş verib.

Terrorçuların hücumu nəticəsində Türkiyə Ordusunun çavuşu və təhlükəsizlik qarovulunun əməkdaşı şəhid olub.

İslahat.az