09 Sentyabr 2021
11:45
22686

Türkiyənin ən gözəl qızı seçildi - FOTOLAR

"Miss Turkey” yarışmasının builki qalibi bəlli olub.
 
Sfera.az bildirir ki, ötən gün yarışmanın finalı baş tutub. 20 iştirakçının mübarizə apardığı  gecədə Türkiyənin ən gözəl qızı Dilarə Korkmaz seçilib. 
Boyu 1.77 sm olan, 23 yaşlı gənc qıza tacını ötən ilin qalibi Simay Rasimoğlu təqdim edib. Yarışmada ikinci yeri Cemrenaz Turhan, üçüncü yeri Şira Sahilli , dördüncü yeri isə Su Bige Korucu tutub.

Dilara Korkmazın Türkiyəni "Miss World”də təmsil edəcəyi bildirilib.

Qeyd edək ki, Dilara 2010-cu ildə keçirilən gözəllik yarışmasında 4-cü yeri qazanan Dilay Korkmazın bacısıdır. 
İslahat.az