29 Dekabr 2021
16:30
22560

Türkiyəni Qafqaza birləşdirəcək tunel açıldı - FOTOLAR

Türkiyə ilə Cənubi Qafqazı birləşdirən yeni "Pirinkayalar” avtomobil tunelinin açılış mərasimi keçirilib.

İslahat.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tunelin açılış mərasiminə videokonfransla qatılıb.

Tunel Şərqi Anadolunu Ərzurum-Artvin marşrutundan Şərqi Qaradənizə, Türkiyəni də Gürcüstan üzərindən Qafqaza bağlayacaq.

Qeyd edək ki, tunelin inşası 2017-ci ildə başlamışdı.

İslahat.az