02 Aprel 2020
15:38
556

Türkiyədə turizm mövsümü bu tarixədək ertələndi

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy koronavirusun ölkə turizminə mənfi təsirindən danışıb.
İslahat.az bildirir ki, "Anadolu” agentliyinin məlumatına görə, nazir 2020-ci ilin turizm mövsümünün açılışını may ayının sonuna qədər ertələyəcəklərini bildirib.
Nazir əlavə edib ki, turizmdə canlanma ilk olaraq daxili turizmin hesabına formalaşacaq.
İslahat.az