05 Fevral 2020
11:24
696

Türkiyədə təbiət hadisəsi dəhşətli qəzaya səbəb olub - ölənlər və yaralananlar var

Türkiyənin Van-Bahçesaray magistralında qar uçqunu baş verib.

Anadolu Agentliyi xəbər verir ki, təbiət hadisəsi nəqliyyatın hərəkətini iflic edib. Nəticədə bir mikroavtobus və traktor uçqun altında qalıb.

Fövqəladə Halların İdarə Olunması Agentliyi xilasedici fəaliyyətə başlayıb. Avtomobildə olan beş nəfər yaralı halda çıxarılaraq xəstəxanaya çatdırılıb. Dörd nəfərin isə cəsədi çıxarılıb. Xilasedicilər daha dörd nəfərin qar uçqunu altında qaldığını ehtimal edirlər. 

Xilasetmə işləri davam edir.

İslahat.az