26 Mart 2020
11:37
439

Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Türkiyədə yeni növ koronavirusan (COVİD-19) daha 15 nəfər ölüb.

İslahat.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. Onun sözlərinə görə, son 24 saat ərzində 5035 testin cavabı çıxıb, onlardan 561-i müsbət olub.

Nazir bildirib ki, ötən sutka ərzində 15 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 59 nəfərə çatıb.

Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 2433 nəfərə bərabərdir.

İslahat.az