10 Noyabr 2021
16:52
22374

Türkiyədə geyim məhsulları 70 faiz BAHALAŞACAQ

Türkiyədə 2022-ci ilin may ayına qədər geyim mallarının qiymətində 70 faizə yaxın artım gözlənilir.

İslahat.az xəbər verir ki, belə bir açıqlama ilə Hazır Geyim İxracatçıları Birliyinin sədri Mustafa Gültəpə çıxış edib. M.Gültəpə qeyd edib ki, xammal çatışmazlığı və xammalın qiymətinin yüksək olması səbəbindən geyim qiymətləri 60-70 faiz artacaq.

Hazır geyim sektorunda ən böyük problem ipliklə bağlıdır. Birlik rəhbərinin

fikrincə, xammal tədarükü sahəsində olan problemlərin həllinə hökumət kömək etməlidir, əks təqdirdə may ayına qədər yüksək bahalaşmanın qarşısını almaq mümkün olmayacaq.

İslahat.az