06 Fevral 2019
09:12
818

Türkiyədə banan yeşiklərindən 615 kq kokain çıxdı

İslahat.az xəbər verir ki, Türkiyənin Mersin beynəlxalq dəniz limanına yan alan gəmidə 615 kiloqram kokain aşkar olunub.

"Anadolu” agentliyinin məlumatına görə, 530 paket kokain banan yeşiklərində gizlədilib.

Narkotik vasitənin Ekvadordan gətirildiyi bildirilir.

Polis dörd nəfəri şübhəli şəxs qismində saxlayıb.


 
İslahat.az