17 Noyabr 2021
13:19
22311

Türkiyə XİN Milli Dirçəliş Günü ilə əlaqədar Azərbaycanı təbrik edib

Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə təbrik edib.

İslahat.az xəbər verir ki, Türkiyə XİN bununla bağlı özünün rəsmi "Twitter” hesabında paylaşım edib.

Təbrik mətnində yazılıb:

"33 il əvvəl bu gün azərbaycanlı qardaşlarımız Azadlıq meydanında müstəqillik iradəsini otaya qoydu. Eyni ruh və inamla işğal altındakı torpaqlarını da azadlığa qovuşduran azərbaycanlı qardaşlarımızın Milli Dirçəliş Gününü təbrik edirik!”

İslahat.az