07 Yanvar 2022
15:06
21206

Türkiyə və Qazaxıstan XİN başçıları telefonla danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə qazaxıstanlı həmkarı Muxtar Tleuberdi arasında telefon danışığı olub.

İslahat.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.

M.Çavuşoğlu Türkiyənin Qazaxıstana hər zaman dəstək olduğunu bildirib.

Tərəflər həmçinin yanvarın 11-də videokonfrans formatında baş tutacaq Türk Dövlətləri Təşkilatı xarici işlər nazirlərinin toplantısı barədə fikir mübadiləsi aparıblar.

İslahat.az