15 Noyabr 2021
11:49
20291

Türkiyə rəsmisi: “Dost və qardaş ölkələr həmişə dəstəyimizi hiss edəcəklər”

"Qarşıdakı aylarda dünyanın ən çox müzakirə aparacağı məsələ inflyasiya olacaq”.

İslahat.az report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) Türkiyənin maliyyə və xəzinədarlıq nazirinin müavini Nureddin Nebati deyib.

"Hazırda bir sıra ölkələrdə rekord inflyasiya qeydə alınır. Amma bu təhdidlərə baxmayaraq biz təbii qazı real qiymətinin ¼-nə əhaliyə satırıq. Həmçinin kənd təsərrüfatı sahəsinə dəstək veririk və bu dəstəyi də davam etdirəcəyik”, - o bildirib.

Bundan başqa, Türkiyə rəsmisi əlavə edib ki, ölkəsi dost və qardaş ölkələrin inkişafına həmişə dəstək verib və bundan sonra da həmin ölkələr bu dəstəyi hiss edəcəklər.

İslahat.az