18 Fevral 2020
13:42
820

Türkiyə millisinin sabiq futbolçusu vəfat edib

Türkiyə millisinin sabiq futbolçusu Mustafa Yücedağ vəfat edib.

İslahat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Hollandiyada olarkən ürək tutmasından vəfat edib.
1990-1992-ci illərdə "Qalatasaray”ın, bir il isə "Fənərbaxça”nın formasını geyinmiş mərhum futbolçu Frank Raykardın dönəmində "Qalatasaray”da köməkçi məşqçi vəzifəsini də icra edib.

Qeyd edək ki, Mustafa Yücedağ 1988-1990-cı illərdə Türkiyə yığmasının heyətində 9 matçda meydana çıxıb.