21 Sentyabr 2019
17:10
698

"Türkiye Gençlik Ödülleri" Azərbaycanda keçirildi - FOTOLAR

"Türkiye Gençlik Ödülleri" 2019 mükafatlandırma mərasimi "Azerbaycan Genclik Ödülleri 2019" adı altında ötən gecə qaliblərə təqdim olunub. "Park İnn Hotel By Radisson" oteldə gerçəkləşən möhtəşəm gala, ənənəvi qırmızı xalı mərasimi ilə başlayıb. İncəsənət xadimləri, görkəmli şəxslər gecədə iştirak ediblər. Xalı üzərindən keçən məhşurlar daha sonra təltif etmə mərasimində iştirak ediblər.

İslahat.az xəbər verir ki, mükafatlandırma mərasiminin keçirilməsində əsas məqsəd müxtəlif peşə sahiblərinə motivasiya vermək və bir araya toplayaraq geniş ictimaiyyətə təqdim etməkdir.Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yaddan qalan və daha çox izlənilən, ictimai fəaliyyətləri ilə fərqlənən şəxslər təltif edilib.
"Genclik Ödülleri" 2019 mükafatlandırma gecəsində Eldar Qasımov, Oksana Rəsulova, Səmra Rəhimli, Trend İnformasiya Agentliyinin jurnalisti Vüqar İmanov, teleaparıcılar Afaq Gəncəli, Zaur və Günay Baxşəliyevlər, Olimpiya çempionları Ayxan Mamayev, Ayxan Tağızadə, Dr.Araz Əmirov. İş adamları Elşən Gəncəvi, Natella Ağayeva, Mədinə Yusifzadə, Zaur Quliyev və başqa tanınmış şəxslər gecədə iştirak edərək mükafatlarını əldə ediblər.
"Genclik Ödülleri" 2019 Mükafatlandırma gecəsinin aparıcısı əməkdar artist Elnur Kərimov olub. Layihənin beynəlxalq direktoru Maksud Coşqun Dokunulmaz, Milli Direktoru Tural Ələkbərov, İcraçı Direktoru İlmirzə Ağabəyovdur.

İslahat.az