27 Fevral 2019
19:58
1495

Turizm sahəsində ixtisaslaşan tələbələrin böyük görüşü reallaşdı - FOTOLAR

23 fevral 2019-cu il tarixində "Tourism Students Meetup” layihəsi reallaşdı. Layihə Azərbaycanda turizm sahəsində ixtisaslaşan tələbələr üçün iri həcmdə keçirilən ilk və tək platformadır.

"Absheron Hotel Group”, "BakuLife Travel” baş sponsorluğu və "Dərs Evi” tədris mərkəzinin sponsorluğu ilə "Tourism Students Meetup” layihəsi turizm ixtisaslaşan tələbələrinin iştirakı ilə keçirilib.

İslahat.az xəbər verir ki, tədbir zamanı yeni yaranmış Turizm Labaratoriyasının (Tourism Lab.) təqdimatı keçirildi. Turizm Labaratoriyasının nəzdində fəaliyyətə başlayan "Tourism Students Meetup” layihəsinin koordinatoru Fatimə Əliyeva açılış nitqini söylədi. Daha sonra "Tourism Lab.” şirkətinin rəhbəri Həvva Səfərova Azərbaycanda turizm sahəsinin inkişafı üçün əməkdaşlığın vacib olduğunu vurğuladı. Həmçinin, tələbələr üçün təlim-tədris xidməti göstərən AHA-nın (Azerbaijan Hospitality Academy) təqdimatı keçirilib. AHA-nın rəhbəri Nərmin Əlisoy çıxışında qeyd etdi ki, turizm sahəsində oxuyan tələbələr və gələcək karyerasını bu sahədə görən şəxsləri turizm mütəxəssisləri ilə mütamadi görüşlərini təşkil edəcəyik.

"Tourism Students Meetup” platformasının çıxışçıları:

Rövşən Nəcəfov - Təlimçi, "İnsan Mühəndisliyi” proqramının rəhbəri;

Samir Əliyev - İaşə şöbəsinin müdiri, "Boulevard Hotel Autograph Collection”;

Kamil Dadaşov - Art direktor, "Mauve Hospitality”;

Nadir Fərəcov - Biznes İnkişaf Direktoru, "Mondo Travel”;

Jalə Ələkbərova - Travel Blogger;

Racı Əhlimanzadə - Mərkəzi İnventorizasiya üzrə Menecer, "Absheron Hotel Group”;

Fərid Əliyev - Satış koordinatoru, "Pasha Travel”;

Rahib İsmixanov - Baş Menecer, "Sumgayit Plaza Hotel”;

Ələkbər Eyvazlı - Rəqəmsal Marketinq mütəxəssisi;

Həvva Səfərova - Turizm Labaratoriyasının (Tourism Lab.) rəhbəri.

Qeyd edək ki, "Tourism Students Meetup” platforması turizm tələbələrinin professional biznes mühiti ilə tanışlığına imkan yaradır, turizm sənayesinin mütəxəssislərinin məsləhət və ən yaxşı nümunələrini təqdim edən layihədir.

"Tourism Students Meetup” layihəsi yeni yaradılmış Turizm Labaratoriyasının (Tourism Lab.) tələbələr üçün nəzərdə tutulmuş fəaliyyət istiqamətidir.

İslahat.az