06 Fevral 2019
16:24
1600

Turizm sahəsində ixtisaslaşan tələbələr üçün "Meetup" - ELAN

 

Tourism Students Meetup turizm sahəsində ixtisaslaşan tələbələr üçün Azərbaycanda iri həcmdə keçiriləcək ilk və tək platformadır.

İslahat.az xəbər verir ki, bu platforma turizm tələbələrinin professional biznes mühiti ilə tanışlığına imkan yaradacaq, turizm sənayesinin mütəxəssislərinin məsləhət və ən yaxşı nümunələrinə qulaq asacaq, müzakirə edəcək, açıq qalan suallarını verə biləcəyi bir platforma olacaqdır.

Tourism Students Meetup 400 nəfər turizm ixtisaslı tələbənin iştirakı ilə 23 Fevral, 12:30 tarixində Caspian Business Otelində keçiriləcəkdir.

Tourism Students Meetup-da iştirak PULSUZdur, qeydiyyat mütləqdir.

Qeyd 1: Yalnız turizm ixtisası istiqamətində oxuyan tələbələr iştirak edə bilər.

Qeyd 2: Gələrkən şəxsiyyət vəsiqənizi və tələbə biletinizi gətirməyi unutmayın, əks halda zala buraxılmayacaqsınız.

Daha ətraflı: https://www.tourismstudentsmeetup.com/

Tələsin, qeydiyyatda yalnız 400 nəfər iştirak edə bilər.

İslahat.az