Turizm sahəsində ixtisaslaşan tələbələr üçün keçiriləcək Tourism Students Meetup layihəsi Azərbaycanda
iri həcmdə keçiriləcək ilk və tək platformadır.
İslahat.az xəbər verir ki, bu platforma
turizm tələbələrinin professional biznes mühiti ilə tanışlığına imkan
yaradacaq, turizm sənayesinin mütəxəssislərinin məsləhət və ən yaxşı nümunələrinə
qulaq asacaq, müzakirə edəcək, açıq qalan suallarını verə biləcəyi bir
platforma olacaqdır.
"Absheron Hotel Group”, "BakuLife Travel” baş sponsorluğu və "Dərs
Evi” tədris mərkəzinin sponsorluğu ilə Tourism Students Meetup layihəsi 400 nəfər turizm
ixtisaslı tələbənin iştirakı ilə 23 Fevral, 12:30 tarixində Caspian Business Otelində keçiriləcəkdir.
Tourism Students Meetup-da iştirak PULSUZdur, qeydiyyat mütləqdir.
Qeyd 1: Yalnız turizm ixtisası istiqamətində oxuyan tələbələr iştirak edə bilər.
Qeyd 2: Gələrkən şəxsiyyət vəsiqənizi və tələbə biletinizi gətirməyi unutmayın,
əks halda zala buraxılmayacaqsınız.
Daha ətraflı: https://www.tourismstudentsmeetup.com/
Tələsin, qeydiyyatda yalnız 400 nəfər iştirak edə bilər.
İslahat.az