24 Aprel 2019
18:18
631

Tramp ermənilərin arzusunu ürəyində qoydu

ABŞ prezidenti Donald Tramp 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr barədə danışarkən erməniləri məyus edib.

İslahat.az xəbər verir ki, Tramp ermənilərin arzusuna rəğmən, hadisələri "böyük fəlakət” adlandırıb. ABŞ lideri "Meds Yeghern” ifadəsini işlədib. Bu da tərcümədə böyük fəlakət mənasını verir.

Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən erməni diasporu prezidentlərin bu hadisələri "soyqırım” kimi tanımlamasını istəsələr də, hər zaman arzuları ürəklərində qalır.

İslahat.az