19 İyul 2019
13:05
655

Tovuzda müəllimi arı sancıb öldürdü

Tovuzda arı sancması nəticəsində məktəb müəllimi ölüb.

İslahat.az Oxu.az-a istinadən xəbər verir ki, Tovuz rayon sakini, 1963-cü il təvəllüdlü Rəhimov Ələsgər Əli oğlunu arı sancıb.

O, hadisə yerində keçinib.

Qeyd edək ki, Ə.Rəhimov Tovuz şəhər Mahir Ələkbərov adına orta məktəbin müəllimi olub. 

Faktla bağlı araşdırma aparılır.
 
İslahat.az