22 Noyabr 2019
13:41
544

Tovuzda atasının gödəkçəsini gətirməyə gedən 10 yaşlı qız itkin düşdü

Tovuz rayonunda azyaşlı qız itkin düşüb. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.

Kənd sakini, 2009-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı dünən gecədən yoxa çıxıb. 

Yaxınlarının sözlərinə görə, dünən axşan saatlarında qonşunun toyu üçün hazırlıqlara kömək edən N.Quliyevanın atası qızdan evə gedərək, gödəkcəsini gətirməyi xahiş edib. Bundan sonra N.Quliyevanı görən olmayıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsinə məlumat verilib və qızın axtarışlarına başlanılıb.

İslahat.az