13 İyul 2020
00:34
300

"Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib"

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

İslahat.az bildirir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artileriya atəşinə tutub.

Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.

İslahat.az