17 Mart 2019
12:27
1177

“Top Model Azerbaijan 2019” layihəsi keçiriləcək

18 mart, saat 14:00-da "1033Baku Event Hall" da "Top Model Azerbaijan 2019" layihəsi baştutacaqdır.

İslahat.az xəbər verir ki, tədbirdə bir çox geyim, ayaqqabı, müxtəlif əl işi olan milli markalar, eynizamanda xarici brendlərin "Top Model Azerbaijan" layihəsinin iştirakçıları tərərfindən podyumda təqdimatı baş tutacaq.

"Top Model Azerbaijan" layihəsinin təsisçisi və direktorutanınmış aparıcı Novruz İsmayıl layihə haqqında ətraflı məlumatı bizimlə bölüşdü. İşində peşakar olan Rüstəm Cabrailov, İlqar Əliyev, Elxan Huseyn, Parviz Əliyev, Rüstəm Hacıyev və s. kimi tanınmış kişi modelləridə podyumda ayaqqabı və geyim brendinin təqdimatını həyata keçirəcəklər. Tanınmış xanım modellər, internet fenomenləri, aparıcı və aktrisalardan ibarət maraqlı və sürpriz dolu şouda təqdimat da gözlənilir.

Tədbirə tanınmış dizaynerlər, modelər, ifaçılar, stlistlər, fotoqraflar, bir çox incəsənət adamları və bir çox iş adamları dəvət olunub. Tədbirdə "Top Model Azerbaijan" layihəsi çərcivəsində işində peşəkarlığı ilə fərqlənən şəxslərə "Professional Awards" mükafatları təqdim olunacaqdır.

Novruz İsmayıl tezliklə baş tutacaq növbəti layihəsi haqqındada qısa anons edib: "Növbəti layihə çox geniş büdcəli "Brand Week Azerbaijan" fashion şousudur və bir həftə davam edəcək. Bir çox hazırlıqları artıq başlatmışıq. Məqsədimiz ilk gündən dünya standartlarına uyğun yeni simalardan ibarət model seçimlərini həyata keçirmək, yerli və xarici podyumlarda onların çıxışlarına vasitəçi olmaqdır. Daha bir məqsədimiz isə yerli brendlərin təqdimatı üçün peşəkar fürsətlər yaratmaq və yeni "brand" yaratmaq istəyənlərə brendləşmədə standartlara uyğun olması üçün, peşakar dəstək verməkdir".

İslahat.az