23 Mart 2019
20:01
2036

“Top Model Azerbaijan 2019” layihəsi baş tutdu - FOTOLAR | VİDEOLAR

18 mart 2019-cu il tarixində "1033 Baku" Event Hall-da "Top Model Azerbaijan 2019” layihəsi reallaşdı. Tədbirdə bir çox geyim, ayaqqabı, müxtəlif əl işi olan milli markalar, həmçinin, xarici brendlər "Top Model Azerbaijan” layihəsinin modelləri və eyni zamanda ölkənin tanınmış əsas modellərini də podyumda görmək mümkün oldu.

İslahat.az xəbər verir ki, tədbirdə münsif qismində iştrak edən Rüstəm Cəbrayılov, İlqar Aliyev, Elxan HüseynPərviz Əliyev kimi tanınmış modellər də bir ayaqqabı markasının və kastum brendinin təqdimatı üçün podyumda yer aldılar. "Top Model Azerbaijan 2019” layihəsinin digər münsifləri AMV Şirkətlər Qrupunun rəhbəri Elşən Gəncəvi, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov, "Fashion designer” Şahanə Qurbanova, "Best Model Of Azerbaijan 2018” layihəsinin beynalxalq direktoru Aqil Məmiyev, By Zadə şirkətinin təsisçisi, kreativ direktoru Nicat Huseynzadə, beynalxalq təşkilatçı Parviz Əzimzadə və bir çox modelyerlər, stilistlər, iş adamları iştrak edirdilər. Münsif kürsüsündə əyləşən tanınmış dizayner və iş adamı İbo Dizayner layihənin xanım qalibi üçün ağ və bəy qalibi üçün qara svarovski daşlardan hazırladığı tacları tədbir zaman tamaşaçılara nümayiş etdirdi.

Tədbir zamanı "Top Model Azerbaijan 2019” layihəsi çərçivəsində müxtəlif sahələrin peşəkarları və mütəxəssisləri üçün "Professional Awards” Mükafatı təqdim edildi.

"Top Model Azerbaijan” layihəsinin təsisçisi və direktoru tanınmış aparıcı Novruz İsmayıl layihə və final tədbiri haqqında ətraflı məlumat verdi:
"Bir çox insanlar gözəllik yarışması ilə, əsl model layihəsini səhv salırlar. Xatırladım ki bu əsl model layihəsidir. Hansıki, ilk gündən dünya standartlarına uyğun şəkildə model seçimləri aparmaq və model standartlarına uyğun yeni üzlər kəşf etmək, onları yerli və xarici podyumlara hazırlamaq əsas məqsəd qoymuşdur. Əlbətdə, bu asan məsələ deyil. 150-ə yaxın xanımla, 200-dən çox bəylə layihə kastinqi çərcivəsində invidual görüşlərimiz oldu. 12 xanım, 12 bəy iştrakçı ilə yola davam etdik. Bu gün ölkədə hər kəsin haqqında müsbət danışdığı bu layihənin təşkilatçısı olmağıma çox şadam. Layihənin final günü şəffaf səs vermə nəticəsində, münsif heyətinin və zaldakı tamaşaçıların səs verməsi hesablanaraq xanımlardan birinci yerə Nigar Məmmədzadə, bəylərdən isə birinci yerə Murad Sultan çıxaraq "Top Model Azerbaijan 2019” adına layiq görüldülər. Səsvermənin nəticəsindən nəyinki münsiflər və tamaşacılar hətta digər iştrakçılar belə razılığını bildirdilər. Tədbir günü qaliblərə müxtəlif qiymətli hədiyyələr və tac təqdim olundu. Layihənin sertifkatları və lentləri bir həftə sonra layihənin bağlanış partisində təqdim olunacaqdır.”

Xatırladaqki, "Top Model Azerbaijan 2019” layihəsinin baş xareoqrafı Sirac Bəyaliyev, müştəri direktoru Narmina Zeynalzadə, kordinatoru Lalə Hüseynli, layihənin musiqi direktoru və dj-i Çingiz Mustafayevdir (Dj China).

İslahat.az