20 Sentyabr 2021
16:23
21343

"TikTok"la bağlı qərar - Gün ərzində 40 dəqiqə istifadə ediləcək

Gənclərin internet asılılığı ilə mübarizə aparmaq üçün TikTok-un Çin versiyası "Douyin" üçün vaxt məhdudiyyəti qoyulub.

İslahat.az xəbər verir ki, Çin hökumətinin yeni qərarına görə, 14 yaşından kiçik uşaqlar TikTok-da yalnız 40 dəqiqə vaxt keçirə biləcəklər.
 
Sosial şəbəkə rəhbəri olan "ByteDance", yeni siyasətin tətbiq oluna bilməsi üçün valideynlərin uşaqlarının hesablarına nəzarət etmələrini tələb edib.
 
İslahat.az