20 Dekabr 2019
12:41
759

Təyyarədə bu hadisə dünyada ilk dəfə baş verir

Braziliyanın Quarulyus şəhərindən Frankfurta uçan təyyarənin baqaj rəfi sərnişinlərinin üzərinə düşüb.

İslahat.az-ın məlumatına görə, bu barədə yerli "Aero In” portalı məlumat yayıb.

Nəşrin yazdığına görə, hadisə Latam Hava Yollarına məxsus "Airbus A350” təyyarəsində baş verib. 

Aviaşirkətin bu barədə təqdim etdiyi rəsmi şərhində qəzanın Frankfurta endikdən dərhal sonra baş verdiyi bildirilib. Qeyd olunur ki, səyahət edənlərin heç biri ciddi xəsarət almayıb, onlara lazım olan bütün yardımlar göstərilib.

Qeyd edək ki, aviasiya tarixində belə hadisəyə indiyə kimi rast gəlinməyib.

İslahat.az