Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində bu gün V turun qarşılaşmaları keçiriləcək.
İslahat.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ermənistanlı Levon Aronyanla, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə üz-üzə gələcək.
Qeyd edək ki, dörd turdan sonra Teymur Rəcəbov 12 xalla dördüncü, Şəhriyar Məmmədyarov 5,5 xalla doqquzuncudur. Levon Aronyanın 15 xalla üçüncü olduğunu nəzərə alsaq, Teymurun bu görüşdə qələbəsi böyük əhəmiyyət kəsb edir.
İslahat.az