04 Yanvar 2021
11:59
14500

Teymur Rəcəbov Aronyanı məğlub edib, nüfuzlu turnirin qalibi oldu - FOTO/VİDEO

Onlayn blits şahmat üzrə "Airthings Masters” turnirinin final görüşləri başa çatıb. 

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov və Ermənistan təmsilçisi Levon Aronyan bu gün sonuncu və həlledici oyuna çıxıb. 

Təmsilçimiz inamlı qələbə qazanaraq nüfuzlu turnirin çempionu olub.

 

Ötən gün dörd oyundan ibarət qarşılaşmada T.Rəcəbov qalib gəlib. Üç görüşdə heç-heçə edən təmsilçimiz son partiyada qara fiqurlarla qələbə qazanmağı bacarıb – 2,5:1,5.

Bu gün keçirilən dörd qarşılaşmadan birincini heç-heçə, ikincisini isə qələbə ilə bitirən Rəcəbov böyük üstünlük əldə edib. Üçüncü qarşılaşmada əldə etdiyi heç-heçə növbəti oyunu mənasız edib. Təmsilçimiz bununla da qələbəni vaxtından əvvəl təmin edib.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanır.