27 Oktyabr 2020
12:59
1296

Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur - Rəsmi

Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutur.

Bu barədə İslahat.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
 
İslahat.az