23 Oktyabr 2020
10:58
1611

Tərtər, Ağdam və Ağcabədi intensiv atəşə tutulub - Rəsmi

Oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən İslahat.az-a məlumat verilib.

Bildirilib ki, humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.
 
İslahat.az