12 Noyabr 2021
13:32
20764

Ötən ay ən çox bahalaşan məhsullar - Siyahı

Azərbaycanda 2021-ci ilin əvvəlindən müşahidə edilən yüksək qiymət artımları oktyabrda bir qədər də güclənib.

İslahat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrda ən çox bahalaşma qida məhsullarında olub. Qida məhsulları illik müqayisədə 13,4 faiz artıb. Ödənişli xidmətlərdə bahalaşma 8,4 faiz, qeyri-ərzaq məhsullarında 6,7 faiz təşkil edib.

Yanvar-oktyabr dövründə bahalaşma sürəti isə 5,7 faizə yüksəlib. O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarıüzrə 6,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 4,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 5 faiz bahalaşma olub.

Bu il ən yüksək bahalaşma tərəvəzlərdə qeydə alınıb. Yalnız oktyabr ayı ərzində tərəvəzlər 14,3 faiz bahalaşıb. Oktyabrda yumurta da çox bahalaşıb. Ay ərzində yumurtanın qiyməti 8 faiz artıb.

İslahat.az