05 Sentyabr 2019
16:08
687

Tələbələrin köçürülməsinin - NƏTİCƏLƏRİ

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

Təhsil Nazirliyindən verilən məlumata görə, Transfer.edu.az portalı vasitəsilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1535 nəfər müraciət edib. Onlardan 1193 nəfərin müraciəti müsbət cavablandırılıb.

Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1193 nəfərdən 1152-ni bakalavr, 12-ni magistratura səviyyəsi üzrə, 29-nu isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.

Qeyd edək ki, Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.
 
İslahat.az