05 Aprel 2022
11:17
20778

Tələbə qəbulu qaydalarında dəyişiklik ediləcək - RƏSMİ

Ali təhsil və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul qaydaları təkmilləşdiriləcək, müvafiq qəbul prosesi elektronlaşdırılacaq.

İslahat.az xəbər verir ki, bu "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul prosesi ilə bağlı mövcud vəziyyət təhlil edilməli və qiymətləndirilməli, qəbul prosesində şəffaflığın təmin edilməsi məqsədilə müvafiq layihələr hazırlanmalı, proses elektronlaşdırılmalı, sonda qaydalar təkmilləşdirərək bu sahədə qəbul edilən normativ hüquqi aktların icrası təmin edilməlidir.

Əsas icraçılar Dövlət İmtahan Mərkəzi, Təhsil Nazirliyi, digər icraçılar isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təyin edilib.

İslahat.az