04 Dekabr 2018
13:29
3531

Təhsillə bağlı yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda yeni "Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanıb.

İslahat.az Report-a istinadən xəbər verir ki, qanun layihəsi 5 fəsil 33 maddədən ibarətdir.

Yeni qanunun məqsədi vətəndaşların Konstitusiya ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir. Qanun Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.
 
 

İslahat.az