30 Aprel 2019
13:33
840

Təhsil naziri ADNA terrorunda ölən tələbələrin valideynləri ilə görüşdü - FOTO

Təhsil naziri Ceyhun Bayramov 10 il öncə baş vermiş ADNA (hazırkı ADNSU - red.) terrorunda həlak olan tələbələrin valideynləri ilə görüşüb.

İslahat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, nazir ADNSU-ya gedərək terror hadisəsi nəticəsində həlak olan tələbə və müəllimlərin xatirəsini anıb.
 
İslahat.az