17 Mart 2020
13:11
267

Tbilisidə ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırıldı

Gürcüstan hökuməti koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə yeni məhdudiyyətlər barədə qərar qəbul edib.

İslahat.az "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə bildirib.

O deyib ki, sabahdan etibarən Tbilisidə sərnişin mikroavtobuslarının hərəkəti qadağan olunacaq.

Baş nazir qeyd edib ki, metro və sərniş avtobusları adi qaydada fəaliyyətini davam etdirəcək.

G.Qaxaria ölkə ərazisində müxtəlif idman mərkəzlərinin fəaliyyətinin də məhdudlaşdırılacağını bildirib.

İslahat.az