10 Sentyabr 2019
14:01
769

Tayvanda kişi beyni ölmüş sevgilisi ilə evləndi

Tayvanda bir oğlan, beyin ölümü keçirmiş sevgilisi ilə evləndi.

İslahat.az xəbər verir ki, onun sevgilisi Vanq 22 avqustda qəzaya düşüb. O, motosikletlə gedərkən qadağan edilmiş  dönüş edən avtomobil ilə toqquşub. 3 gün sonra həkimlər Vanqda  beyin hüceyrələrinin öldüyünü müəyyən ediblər. Bundan sonra onun həyatı süni şəkildə yaşadılıb. Qadın, uzun müddətdir sevgilisi olan Lin adlı oğlanla evlənməyi planlaşdırıb. Münasibətləri 11 il davam etsə də, Vanqın valideynlərinin etirazları səbəbindən onlar evlənə bilməyib.

 Lin qəzadan bir müddət əvvəl onların razılığını alıb. O,  sevgilisi üçün xəstəxana otağında təmtəraqlı toy təşkil edib. Bəy ağlaya-ağlaya qohumlarının gözü qarşısında fatada yatan gəlinin barmağına üzük taxıb. Bundan sonra qadını həyat təminatı aparatından ayırıblar. Vanqın daxili orqanları  ürək, qaraciyər, gözün buynuz qişası, qan damarları və dərisi daxil olmaqla, 12 orqanı ehtiyacı olanlara hədiyyə edilib.

 "Bu, digər insanları xilas etməyə imkan verib", — deyə qadının anası bildirib. — Beləliklə, o, yer üzündə qalacaq və uşaqların necə böyüdüyünü izləyə biləcək".
 
İslahat.az