10 Yanvar 2020
14:22
1020

Tarixin ən bahalı - AVTOMOBİL ŞİRKƏTİ OLDU

Amerikanın Tesla şirkəti rekord həddə bahalaşıb.

İslahat.az xəbər verir ki, son göstəricilərə əsasən Teslanın bazar kapitalizasiyası 89 milyard dollara çatıb ki, bu da dünyanın avtomobil nəhənglərindən artıqdır. Belə ki, «General Motors» və «Ford»un bazar qiyməti müvafiq olaraq 49,4 milyard və 36,6 milyard dollardır. Başqa sözlə, «Tesla» adı çəkilən şirkətlərdən qat-qat az sayda avtomobil buraxsa da, onları geridə qoyaraq tarixdə ən bahalı avtomobil şirkətinə çevrilib.

«Tesla»nın səhmləri 2019-un sonundan bəri dayanmadan bahalaşır. Bunun səbəbi 3-cü rübdə şirkətin gözlənilmədən böyük məbləğdə – 143 milyon manat mənfəət açıqlamasıdır. Nəticədə bu həftənin ortasında «Tesla»nın səhmləri 5% bahalaşaraq 492 dolları keçib.

İslahat.az