29 Dekabr 2021
12:19
21486

Tarixə düşən azərbaycanlı idmançı general tərəfindən mükafatlandırıldı - FOTO

Pauerliftinq üzrə beşqat dünya və üçqat Avropa çempionu Rövşən Xəlilov fəxri fərmanla mükafatlandırılıb.

İslahat.az xəbər verir ki, ona işlədiyi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-leytenant Şahmar Paşayev tərəfindən fərman təqdim olunub.

Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin leytenantı olan Rövşən Xəlilov bu ay Rusiyanın paytaxtı Moskvada keçirilmiş dünya çempionatında 75 kq çəki dərəcəsində dünya rekordu qıraraq beşinci dəfə dünya çempionu olub. O həm də peşəkar divizionda çempion olan ilk azərbaycanlı kimi tarixə düşüb.

İslahat.az