07 Aprel 2022
11:56
23277

Tanınmış şahmatçımız Ukraynaya görə FİDE yarışlarından imtina etdi

Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) bayrağı altında yarışlarda iştirakdan imtina edib.

İslahat.az xəbər verir ki, bu barədə o, facebook hesabında məlumat verib.

Qrossmeysterimiz bu addımı Rusiyanın Ukraynaya hücumuna görə atdığını bildirib. Məmmədov FİDE-nin prezidenti Arkadiy Dvorkoviçi Rusiyapərəst adlandırıb: "Nə qədər ki, FİDE-nin prezidenti Rusiyapərəstdir, müharibə müddətində bu turnirlərdə iştirak etməyəcəm”.

Qeyd edək ki, Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır.

İslahat.az