28 Oktyabr 2020
11:33
1805

Tanınmış memar Gülşən Qasımzadə Ərdoğana təşəkkür etdi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, əslən Şuşa şəhərindən olan tanınmış memar Gülşən Qasımzadə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlıq məktubu ünvanlayıb.
 
İslahat.az xəbər verir ki, qardaş ölkənin mediasının marağına səbəb olan və Türkiyənin məhşur KİV-lərində yayımlanan məktubda G. Qasımzadə Ərdoğana Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə minnətdarlığını bildirib.
 
Memar eyni millətin övladları olduğumuzu vurğulayaraq qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub: "Tarix zaman-zaman təkrarlanır. 1918-ci ildə qardaşı Ənver Paşanın göstərişi ilə 28 yaşında ikən Azərbaycana ümid kimi gələn və Bakını 28 yaşında ikən ermənilərdən və bolşevik qoşunlarından xilas edən Nuri Paşa bu gün hər bir azərbaycanlı tərəfindən böyük fəxarətlə xatırlanır”.

Memarın sözlərinə görə, 30 ildən artıqdır erməni vandalizmindən əziyyət çəkən Azərbayan bu gün də qardaş olan Türkiyənin dəstəyini hiss etməkdədir.
 
İslahat.az